Prezident İlham Əliyev 7 avqust 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) dövlət zəmanəti əsasında emissiya edəcəyi istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtlərində dəyişiklik edib.
Senzor.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, istiqrazların tədavül və ödənilmə müddətləri qiymətli kağızların mülkiyyətçiləri və Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla dəyişdirilə bilər.
Xatırladaq ki, mövcud şərtlərə görə, istiqrazlar 30 il müddətinə, gəlirliliyi 0,15 illik faiz dərəcəsi ilə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişlərinə güzəşt tətbiq edilmir və bu ödənişlər istiqrazlara mülkiyyət hüququ əldə edildiyi gündən başlayaraq hər ilin dekabr ayının sonuna qədər 30 il ərzində həyata keçirilir.