Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə edilir.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda:
1. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;
2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
5. Tbilisi prospekti, hər iki istiqamətdə;
6. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. “20 Yanvar” dairəsində;
8. Həsən bəy Zərdabi küçəsi, Qələbə dairəsi istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
13. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində;
14. Aeroport şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.