Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
O, bu gün kollektivə təqdim edilib.
Qeyd edək ki, 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən ay Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov vəzifəsindən azad edilib. Naxçıvan təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra etmək nazir müavini Ovni Muradova həvalə olumuşdu.