"Hesab edirik ki, itkin düşmüş şəxslərin meyit qalıqlarının 75 %-i məhz azad olunan ərazilərdədir".
Senzor.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) itkin düşmüş şəxslərlə əlaqədar proqramının rəhbəri Samir Hacımustaviç qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
O, arxivdə olan məzarlıq yerləri barədə aidiyyəti qurumlara məlumat verildiyini bildirib: "Ümumilikdə 400-dən çox mümkün dəfn yeri müəyyən edilməklə onlardan 23-ü yüksək dəqiqlikli, 64-ü orta və 320-si aşağı dəqiqlikli yerlər kimi təsnif edilib".
Qeyd edək ki, 2022-ci ilin sonunadək itkin düşmüş şəxslərin ailələrindən 10 800 bioloji referant nümunəsi toplanılıb və aidiyyəti üzrə təqdim olunub.