Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli Şəhər Günü ilə bağlı “X” hesabında paylaşım edib.
Senzor.az-ın məlumatına görə, o xatırladıb ki, Füzuli 2020-ci il oktyabrın 17-də Ermənistanın 30 illik hərbi işğalından azad edilib.
“Keçmiş məcburi köçkünlər yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar isə məktəblərə gedirlər. Füzuli şəhərinin gənc sakinləri Füzuli Şəhəri Gününü - 17 oktyabr 2020-ci ildə Füzulinin Ermənistanın işğalından azad edilməsini gözəl konsert proqramı ilə qeyd edirlər. Diplomatik nümayəndələrlə biz də onlara qoşulmaqdan məmnunuq”, - o bildirib.
Hikmət Hacıyev onu da xüsusi vurğulayıb ki, “Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”.