“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 21-22 oktyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə reyslər təyin edib.
Senzor.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilir ki, qatar Bakıdan Ağstafa istiqamətində 08-25-də, əks istiqamətdə isə 17:00-da yola düşəcək.
Bununla yanaşı Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 17:30-da yola düşür.