Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.
Senzor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, oktyabrın 24-də Z.Əsgərovun 60 yaşı tamam olur.