Ermənistanda Kanada səfirliyinin açılışı olub.
"Sputnik Armenia" xəbər verir ki, səfirliyin açılışı mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İrəvanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli iştirak edib.
Mərasimdə Kanadanın Ermənistandakı ilk səfiri Endryu Törner də iştirak edib.
Qeyd edək ki, Kanada əvvəllər Moskvadakı səfirliyi vasitəsilə Ermənistanla diplomatik əlaqələr saxlayırdı. Ermənistanda Kanadanın konsulluğu olsa da, o, öz ölkəsinin vətəndaşlarına məhdud xidmətlər göstərirdi.
Xatırladaq ki, bir müddət əvvəl yeni səfir Endryu Törner etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.
**14:34
Kanadanın xarici işlər naziri Melani Joli Ermənistanda səfərdədir.
Ermənistan KİV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, M.Jolinin Ermənistanın XİN başçısı Ararat Mirzoyan ilə təkbətək görüşü başlayıb. Daha sonra geniş tərkibdə görüş keçiriləcək.