İlin son Ay tutulması başa çatıb - YENİLƏNİB

2023-cü ilin son Ay tutulması başa çatıb.

 

Senzor.az bildirir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat veriblər. 

 

Məlumata görə, bu qismən Ay tutulması saat 22:01-də başlayıb, saat 02:26-da isə sona çatıb. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınıb.

 

Qeyd edək ki, cari ilin son Ay tutulması hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olub.


**22:16(28.10.2023)


2023-cü ilin ikinci Ay tutulması başlayıb.

 

Senzor.az Bakı Dövlət Universiteti Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən bildirir ki, bu, qismən Ay tutulmasıdır.

 

Bakı vaxtı ilə saat 22:01-də yarımkölgəli tutulma başlayıb. Saat 23:35-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verəcək. Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatacaq.

 

2023-cü ilin ikinci Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkündür. Ay tutulması Azərbaycan ərazisində də müşahidə olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.