“Azərbaycanla sülh və nizamlanmanın 3 əsas prinsipi razılaşdırılıb” - PAŞİNYAN

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”.


Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.


O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var: “Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.


N.Paşinyan həmin prinsiplər barədə də danışıb: "Bunlardan birincisi, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır. İkinci prinsip Almaatı bəyannaməsi əsasında sərhədlərin delimitasiyasıdır. Üçüncü prinsip isə regional kommunikasiyaların qarşılıqlı şəkildə açılmasıdır”.


Baş nazirin fikrincə, siyasi iradə olarsa, bu məsələlərdə irəliləyişə nail olmaq olar.


Qeyd edək ki, daha əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Ermənistanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını bildirmişdi. Onun sözlərinə görə, İrəvan cavab üzərində işləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.