Qarabağdan Ermənistana 11 məhbus gətirilib, onlardan biri saxlanılıb. Saxlanılan şəxs qətldə ittiham olunur.
“Sputnik Armenia“ xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan bildirib.
Nazirin sözlərinə görə, digər 11 nəfər isə sərbəst buraxılıb. Qarabağdan köçən ermənilərin bəziləri barəsində cinayət işləri açılıb və həmin işlərlə ölkənin Milli Təhlükəsizlik Xidməti məşğul olur.
Cinayət işlərinin bütün fiqurantlarına Ermənistanı tərk etmək qadağan edilib.