Qəzza şəhərinin cənubunda yerləşən və türklərə məxsus olan xəstəxana hava hücumuna məruz qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qəzzada yerləşən türk xəstəxanası İsrailin hava hücumuna məruz qalıb. Hücum nəticəsində ölənlərin olduğu bildirilir", - məlumatda qeyd olunub.