İSTANBULDA İSRAİLƏ QARŞI ETİRAZ: “McDonald’s”a siçanlar buraxıldı
VİDEO

Türkiyədə İsrailə qarşı etirazlar davam edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, növbəti etiraz aksiyası İstanbulda baş verib.

 

Şəhərdə yerləşən “McDonald’s” restoranına müştərilər içəridə olduğu bir zamanda bir qutu siçan buraxılıb. Həmin anlar mobil telefon vasitəsilə lentə alınıb.

 

Siçanları buraxan şəxs müştərilərə səslənib. “Siz müsəlmanların ətlərini yox, alın bu siçanları yeyin”, - deyə o bildirib.

 

Xatırladaq ki, “McDonald’s”ın Türkiyə filialı İsraildə fəaliyyət göstərən “McDonald’s”ın İsrail əsgərlərinə hamburger payladığı xəbərindən sonra mətbuatda yazılı açıqlama vermişdi. Açıqlamada Türkiyədəki “McDonald’s”ın yerli müəssisə olduğu, bütün sahiblik və fəaliyyətinin Qətərin “Boheme İnvestment” şirkəti tərəfindən idarə olunduğu, İsraildəki  “McDonald’s”la heç bir əlaqəsi olmadığı bildirilmişdi.


“İsraildəki “McDonald’s” bizim şirkətimizdən ayrı bir qurum kimi fəaliyyət göstərir. Ona görə də Türkiyədəki “McDonald’s”dan asılı olmadan, müstəqil şəkildə öz qərarlarını verir”, - deyə açıqlamada bildirilmişdi.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.