Armen Qriqoryan MDB Təhlükəsizlik Şurası katiblərinin noyabrın 8-də Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan “Armenpress” agentliyinə bildirib.
Xatırladaq ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Ararat Mirzoyan MDB-nin Bişkek sammitində iştirak etməyiblər.