Yeddilik Qrupu (G7) ölkələri HƏMAS-a qarşı sanksiyalar;n tətbiqi məsələsini müzakirə edib.
Yerli KİV xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda keçirilən Yeddilik Qrupu (G7) ölkələrinin XİN rəhbərlərinin Sammiti çərçivəsində bununla bağlı müzakirələr aparılıb.
Qeyd olunub ki, Qrupa üzv ölkələr, Yaxın Şərqdə münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün bu məsələni həm də regional tərəfdaşlarla müzakirə edirlər.