Avropa Komissiyası Qərbi Balkanlar üçün yeni İnkişaf Planı qəbul edib.
“Report” xəbər verir ki, plan bölgədə iqtisadi artımı gücləndirmək və Avropa İttifaqı ilə çox ehtiyac duyulan sosial-iqtisadi yaxınlaşmanı sürətləndirmək məqsədi daşıyır.
Bu məqsədə çatmaq üçün 2024-2027-ci illər üzrə Qərbi Balkanlar üçün 6 milyard avro dəyərində yeni İslahat və İnkişaf Proqramı təklif olunub. Lakin qeyd olunub ki, ödənişlər yalnız razılaşdırılmış islahatlar həyata keçirildikdən sonra həyata keçiriləcək.