Qusar, Xınalıq, Şahdağa qar yağır - FAKTİKİ HAVA
YENİLƏNİB

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.


Senzor.az xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, səhər saatlarına nisbətən küləyin sürəti zəifləyib, 23 m/s qeydə alınıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.


Bölgələrdə də qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Aıtıağac, Şəki, Xaltan Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağır.


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit , yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.

**10:27

Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, noyabrın 10-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

 

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur. Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.

 

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.