Türkmənistan və İrandan keçməklə İraqa qaz ixrac ediləcək

Soyuq mövsümün gəlməsi və daxili kəsir səbəbindən İranın İraqa qaz ixracında problemlərin başlaması fonunda Aşqabadla Bağdad arasında qaz ixracı müqaviləsi protokolu imzalanıb.


Senzor.az Türkmənistan Xarici İşlər nazirliyinin öz internet səhifəsində yeləşdirdiyi məlumata istinadən xəbər verir ki, İraqın elektrik enerjisi naziri Ziad Əli Fazilin başçılıq etdiyi nümayəndə heyətinin Aşqabada səfəri çərçivəsində əldə olunan razılaşmaya əsasən, Türkmənistan qaz mübadiləsi müqaviləsi (SVOP) şəklində ölkənin şimal vilayətlərində istifadə üçün hər il İrana 9 milyard kubmetr qaz tədarük edəcək, İran isə eyni həcmdə qazı İraqa çatdıracaq.


Əvvəllər Türkmənistan və Azərbaycan İranla qaz mübadiləsinə dair razılıq əldə etmişdilər və keçən il Türkmənistandan İrana təxminən bir milyard kubmetr qaz tədarük olunub, İran da eyni həcmdə qazı Azərbaycana çatdırıb.


Türkmənistanın Azərbaycanla qaz mübadiləsinə gəlincə, İran qazın 15%-ni svop haqqı kimi alır, lakin Türkmənistandan İraqa qaz mübadiləsi barədə hələlik məlumat verilməyib.


Ötən illərin qışında həmişə qaz defisiti ilə üzləşən İranın İraq və Türkiyəyə qaz ixracı pozulub. Digər tərəfdən, ABŞ-ın sanksiyaları nəticəsində Bağdad İrandan idxal etdiyi elektrik enerjisini və qazı İraq dinarı ilə İraq Ticarət Bankındakı hesabına yatırır. İran isə bu resurslardan yalnız İraqın özündən mallar idxal etmək üçün yararlana bilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.