14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı

Bu gün 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.

 

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Festivalın direktoru Feyruz Şamıyev bildirib ki, hər il belə festivallarla ölkəmizdə olan kino sənayesinə az da olsa, təkan verilir. Onun sözlərinə görə, artıq Qarabağdakı qələbəmiz də müəllif düşüncələrinə müsbət mənada təsir edəcək: “Təkcə vətənpərvərlik mövzusunda yox, həm də qələbəmizdən sonra müəllif kinolarımızın da belə düşüncələrimizə müəyyən qədər təsiri olacaq. Öz filmlərimizi dünyaya daha ürək açıqlığı ilə çıxara biləcəyik”.

 

Qeyd edək ki, bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

 

Festival noyabrın 15-dək davam edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.