“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2023-cü il tarixinədək 625,7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Senzor.az-a verilən məlumata görə, hesabat dövründə AÇG-dən 581,9 mln. ton neft, “Şahdəniz”dən isə 43,8 mln. tona yaxın kondensat çıxarılıb.
“Bundan 01 noyabr 2023-cü il tarixinədək 623,7 milyon tonu ixraca nəql edilib”, - məlumatda qeyd edilib.
Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə respublikada 25,3mln.ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 15 mln. tonu AÇG-nin, 3,6 mln. tonu (kondensat) “Şahdəniz”in, 0,2 mln. tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 mln. ton təşkil edib.
“Hesabat dövründə 21 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,5 mln. tonu konsorsiumun, 2,5 mln. tonu isə SOCAR-ın payına düşür”, - məlumatda bildirilir.