"Xankəndidə və Qarabağ ərazisində yaşayan erməni sakinlərin ilkin qeydiyyatı həyata keçirilir".
Senzor.az-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı işlər mərkəzləşdirilmiş qaydada aparılır: “Bununla əlaqədar işlər yekunlaşdıqda ictimaiyyətə məlumat veriləcək”.