Laçın rayonunun yenidən qurulan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Senzor.az bildirir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 103 nəfər köçürülür.
Xatırladaq ki, indiyədək Zabux kəndində 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.