44 Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşının Qəzzadan ölkəyə təxliyəsi təmin edilib.
Bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçeli bildirib.
Qeyd olunub ki, onlar bu gün “Rəfah” sərhəd keçid məntəqəsi vasitəsi ilə Misirə çatıb.
Əlavə olunub ki, gün ərzində Qəzzadan çıxarılacaq şəxslərin sayı artacaq.