ATƏT də "Qarabağ Azərbaycandır!" dedi

ATƏT PA-nın prezidenti Pia Kaumanın rəsmi açıqlaması erməniləri məyus edib.


Xəbər verdiyimiz kimi, ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma bu həftə Cənubi Qafqazın üç ölkəsinə səfər edib. O, sonuncu dəfə İrəvana gedib və burada Ermənistan hakimiyyətinin müxtəlif nümayəndələri ilə görüşlər keçirib.


ATƏT-in rəsmi saytında xanım prezidentin Ermənistana səfəri barədə məlumat yayılıb. Ancaq açıqlamada "Qarabağ" toponimindən istifadə edilməyib. Bildirilir ki, Pia Kauma Ermənistan baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və xarici işlər nazirinin müavini Vahe Gevorqyanla görüşüb və əsasən sülhdən danışıb. Açıqlamada Qarabağı könüllü tərk edən ermənilər "Azərbaycandan gələn qaçqınlar" adlandırılıb və Qarabağın Azərbaycan ərazisi olduğu bir daha təsdiqlənib.


ATƏT-in mövcud reallıqları qəbul edərək rəsmi açıqlamasında Qarabağın adını çəkməməsi erməniləri məyus edib. Erməni mətbuatında və sosial şəbəkələrdə bunu Ermənistan diplomatiyası üçün fiasko adlandırıblar və hökumətə qarşı ittihamlar səsləndirilib.


Qeyd edək ki, Pia Kaumanın Bakıya səfərindən sonra yayılan açıqlamada da Azərbaycanın Qarabağ üzərində nəzarəti bərqərar etməsi təsdiqlənmişdi. ATƏT-in Parlament Assambleyası işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsini və yenidən qurulmasını, qaçqınların və keçmiş məcburi köçkünlərin hüquqlarının təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları alqışlayır və dəstəkləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.