Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında bank tənzimlənməsi üzrə prioritetlər müzakirə edilib.
Senzor.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumda EBRD-nin Maliyyə institutları üzrə icraçı direktoru Frensis Malijin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkə iqtisadiyyatında və bank sektorunda mövcud trendlər, bank tənzimlənməsi üzrə prioritetlər, maliyyə sənayesində inklüzivliyin təşviqi kimi məsələlər əhatə olunub, AMB və EBRD arasında mövcud və potensial əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.