Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda səfərdə olan Böyük Britaniyanın Avropa naziri Leo Dokerti ilə görüşüb.
Bu barədə Armen Qriqoryan “Facebook”da yazıb.
Qeyd olunub ki, Ermənistan və Böyük Britaniya arasında münasibətləri inkişaf etdirmək, daha da gücləndirmək, təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları müzakirə olunub:
“Biz geosiyasi və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə apararaq, regionumuzda sülhün alternativinin olmadığını vurğuladıq”, - deyə Qriqoryan bildirib.