Azərbaycan paytaxtında “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda tədbir keçirilir.
Senzor.az bildirir ki, tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə reallaşır.
Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanlayıb. Müraciətin mətnini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hikmət Hacıyev oxuyub.