Bu gün Bakıda Avropa İttifaqı-Azərbaycan Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib.
Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko "X" hesabında yazıb.
"İnsanlar üçün daha çox rahatlıq və səyahət imkanları ilə Aİ-Azərbaycan Viza Sadələşdirmə Sazişinin imzalanmasından 10 il keçir. Səyahətlərin sayı artıq pandemiyadan əvvəlki səviyyəni üstələyir!",- o qeyd edib.