Xüsusi təyinatlılar Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırdı

Qardaş ölkə Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təliminin noyabrın 23-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.


Müdafiə Nazirliyindən Senzor.az-a verilən məlumata görə, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı Azərbaycan HDQ-nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər.


Qonaqlar təlimin növbəti epizodları üzrə tapşırıqların icrasını izləyiblər. Ssenariyə əsasən baş vermiş zəlzələ səbəbindən vətəndaşların, o cümlədən yaralıların sahildən TCG Anadolu gəmisinə təxliyəsi tapşırıqları uğurla yerinə yetirilib.


Helikopterlərdən gəmiyə enən hərbi qulluqçuların Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırması böyük maraqla qarşılanıb.


Azərbaycan HDQ Dəniz dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təliminin gedişatı müsbət qiymətləndirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.