Binəqədi rayonunda ticarət obyektindəki yanğın tam söndürülüb
YENİLƏNİB, FOTO/VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.

 

Senzor.az bildirir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

 

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.

 

Qeyd edək ki, obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.


Yanğınla bağlı Binəqədi rayonu, Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda məhdudiyyət tətbiq edilib.

 


**20:54


Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindəki obyektdə yanğın başlayıb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Əlavə məlumat veriləcək.












Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.