Hindistanın Baş naziri “Tejas” qırıcı təyyarəsində səmaya qalxıb

Hindistanın Baş naziri Narendra Modi yerli istehsal olan “Tejas” yüngül qırıcı təyyarəsində uçuş həyata keçirib.


AZƏRTAC xəbər verir ki, Hindistan hökumətinin rəhbəri bu barədə özünün sosial media hesabında yazıb. Uçuş ölkənin cənubundakı Karnataka ştatının Banqalor şəhərində baş tutub. “Tejas” bir nəfərlik qırıcı təyyarə olsa da, Narendra Modi onun iki yerlik təlim versiyasında səmaya qalxıb.


Hindistanın “Aeronautics Limited” kompaniyası tərəfindən istehsal olunan “Tejas” qırıcı təyyarəsi üzərində çalışmalar 1980-ci illərdən bəri davam edir. Təyyarə 2015-ci ildə Hindistan Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub. Hazırda onun “Tejas Mk2” modifikasiyası üzərində işlər gedir.


“Aeronautics Limited” kompaniyasının məlumatına görə, “Tejas” qırıcısının dörd ölkəyə - Malayziya, Misir, Argentina və Botsvanaya satışı ilə bağlı danışıqlar aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.