Azərbaycan Respublikasının ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmrinə əsasən orta rəis heyətində qulluğa başlayan əməkdaşlar 25.11.2023-cü il tarixdə Penitensiar xidmətin Baş idarəsində qəbul ediliblər.
Ədliyyə Nazirliyindən Senzor.az-a verilən məlumata görə, Ryazan Hüquq və İdarəçilik Akademiyasında təhsilini əyani formada uğurla başa vuraraq orta rəis heyətində qulluğa qəbul edilmiş 11 əməkdaşa ilkin ədliyyə leytenantı xüsusi rütbələri təqdim edilib.
Həmçinin Penitensiar xidmətdə qulluğa qəbulla bağlı verilmiş elana əsasən müraciət etmiş və müsabiqədə uğur qazanmış, 11 nəfəri Vətən müharibəsi veteranı olmaqla kiçik rəis heyətində yeni qulluğa qəbul edilmiş 21 əməkdaşa ilkin xüsusi rütbələr təqdim olunub.
Nazir müavini yeni rütbələr almış əməkdaşları təbrik edərək uğurlar arzulayıb, xidmətlərində hər zaman dövlətçiliyə şərəflə xidmət etməyi, ədliyyə işçisi adını uca tutmağı, qanunçuluq, şəffaflıq, insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə dönmədən əməl etməyi tövsiyə edib.