Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
YENİLƏNİB

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.


Senzor.az xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələri daxil edilib.


Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.


**11:10

Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb.


Senzor.az-ın xəbərinə görə, qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edir.


Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.


Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq.


Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur.


Müzakirələrdən sonra yeni qanun layihəsinin parlamentin plenar iclasına tövsiyə edilməsi gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.