Gəncə şəhəri, Atatürk prospektində yerləşən obyektlərin birində yanğın olub.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın ümumi sahəsi 74 kvadratmetr olan obyektin təsərrüfat otağında baş verib.
ƏraziyəFHN-in Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə nəticəsində obyektin təsərrüfat otağında elektrik sayğacı, kabellər və qapılar yanıb.
Qeyd edək ki, sahibkara məxsus obyektdə ofis, paltar və telefon aksessuarı mağazaları fəaliyyət göstərir.
Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.