Nobel mükafatı laureatı AMEA-nın fəxri üzvü seçilib - YENİLƏNİB

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.


Bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb.


Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyli Akademiyada elmi prioritetlərin müəyyənləşdirilməsinə və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının gücləndirilməsinə verə biləcəyi töhfələri nəzərə alaraq, dünya miqyasında tanınmış elm xadimi, türk dünyasının elm sahəsində ilk Nobel mükafatı laureatı, professor Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı təşəbbüs irəli sürüb və məktubla ona müraciət edib.


Vurğulanıb ki, professor Əziz Səncər akademik İsa Həbibbəylinin təklifinə müsbət cavab verib və Azərbaycanda elmin inkişafına əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.


AMEA-nın Kimya Elmlər Bölməsinin ümumi yığıncağının vəsatətini nəzərə alaraq, AMEA-nın ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.

**11:27

"Azərbaycanda seysmologiya sahəsi üzrə doktorantura təhsili yoxdur. Halbuki bu son dərəcə vacib məsələdir".


Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli qurumun ümumi yığıncağında çıxışı zamanı deyib.


O təklif edib ki, seysmologiyanın doktorantura üzrə təhsil verən ixtisas təsnifatlarına daxil edilməsi üçün Nazirlər Kabinetinə müraciət olunsun: "Çünki bu gün ölkədə seysmologiya sahəsi üzrə elmlər doktorlarının sayı barmaqla sayılacaq qədərdir".

**10:58

Noyabrın 29-da AMEA-nın Ümumi yığıncağı keçirilir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak edirlər.

 

Senzor.az bildirir ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. 

 

İ.Həbibbəyli AMEA-da yenilənmə prosesləri, struktur islahatları, elmi tədqiqatların yenidən təşkili, elektron hərəkat, beynəlxalq elmi qurumlarla əməkdaşlıq və digər məsələlər barədə ətraflı məlumat verib.

 

Ümumi yığıncaqda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeologiya və Antropologiya İnstitutu adlandırılması haqqında, Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi, AMEA-ya seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə və digər məsələlər müzakirə olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.