Azərbaycan Səudiyyə Ərəbistanla kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi məsələlərini müzakirə edib.
Senzor.az xəbər verir ki, müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə keçirilən görüşdə aparılıb.
Görüşdə həmçinin iki ölkə arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması müzakirə edilib.
M.Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir.