Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyana qarşı cinayət işi çərçivəsində ittiham aktı təsdiq edilib.
Ermənistan Prokurorluğu xəbər verir ki, iş materialları ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə verilib.
Eyni zamanda, prokuror axtarışda olan Vigen Sarkisyana qarşı qiyabi məhkəmə prosesinin keçirilməsi barədə məhkəməyə vəsatət təqdim edib.