Dohaya səfərə gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə görüşüb.
Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Türkiyə lideri Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu iclasında iştirak edəcək.
**09:17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün, dekabrın 4-də Qətərə gedir.
“TRT Haber” xəbər verir ki, o, günortadan sonra Qətərin paytaxtı Dohada olacaq.
R.T.Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamed Əl Sani ilə görüşəcək.
Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Onların, həmçinin Yaxın Şərqdəki durum barədə danışacaqları gözlənilir.
Səfər iki gün davam edəcək.