Türkiyədə bu gün baş vermiş zəlzələ zamanı İstanbulun Esenler rayonunda 1 bina, Bursanın Mudanya rayonunda isə 1 ev xəsarət alıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
Nazirin sözlərinə görə, 2 nəfər pilləkənlərdən yıxılıb. Amma onların səhhəti yaxşıdır.
A.Yerlikaya nazirliyin yenilikləri yaxından izlədiyini diqqətə çatdırıb.
**12:08
Türkiyədə 5.1 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Mərkəzindən (AFAD) bildirilib.
Məlumata görə, təbii fəlakət Marmara dənizində qeydə alınıb. Zəlzələ həm Bursa, həm də İstanbulda hiss edilib.
İtki və dağıntılar barədə hələ ki məlumat yoxdur.