“Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilən qərar Qəzzada qanı dayandıra bilmədi”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İSEDAK 39-cu Nazirlər Sessiyasının Açılış Proqramında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bir neçə ölkənin qarşı çıxması ilə dünyanın çoxunun səsi heçə sayıldı:
“Qərb daha çox uşağın öldürülməsi üçün İsrailə sözün əsl mənasında qeyd-şərtsiz dəstək verir”.
Ərdoğanın sözlərinə görə, hazırki beynəlxalq sistem qəbuledilməz hala gəlib.