Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə Prezident İlham Əliyevin təbrikini Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisoulithə çatdırıb.
Senzor.az xəbər verir ki, bu barədə səfir “X” hesabında yazıb.
“Prezident İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının prezidenti Thongloun Sisoulithə milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırmaqdan şərəf duydum”,-o bildirib.