Heydər Əliyev Mərkəzində FIA Həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub - FOTO

Bakı dekabrın 5-dən 8-dək Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən mötəbər tədbirlərindən olan FIA Mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) ev sahibliyi edir.

 

Senzor.az bildirir ki, bununla əlaqədar olaraq Heydər Əliyev Mərkəzində FIA Həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub. 

 

128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri, o cümlədən FIA prezidenti Mohammed Ben Sulayem, FIA rəsmiləri paytaxtımıza gəliblər.

 

FIA həftəsi qonaqlarının qarşılanma tədbirində çıxış edən Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən bəhs edib. FIA və Azərbaycan Avtomobil Federasiyası komandasının qonaqların hər birinin özünü evdəki kimi hiss etmək üçün çalışdığını deyən federasiya prezidenti qonaqların ölkəmizdən müsbət təəssüratla ayrılacağına əminliyini ifadə edib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illər ölkəmizdə avtomobil idmanının sürətlə inkişaf etdiyini söyləyib, Azərbaycan Avtomobil Federasiyasının rəhbərliyinə görülən işlərə görə minnətdarlığını bildirib. O, son illər ərzində federasiyanın öz fəaliyyətini genişləndirdiyini, nəticədə cəmiyyətdə bu idman növünə marağın artdığını qeyd edib.

 

FIA prezidenti Mohammed Ben Sulayem çıxışında Azərbaycan Avtomobil Federasiyasına, Azərbaycan hökumətinə bu tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edib, bütün dünyaya ölkə mədəniyyətini “Formula-1” və digər tədbirlərlə göstərməklə daha gözəl nəticələrin əldə olunacağını qeyd edib.

 

Bakıda ilk dəfə təşkil olunan FIA Baş Assambleyasının iclası ilə yanaşı, FIA Fondu (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının iclasları da keçirilir. Həmçinin, mükafatlandırma mərasimi çərçivəsində FIA pilotları da Bakıya səfər edəcəklər.

 

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclasları və FIA Mükafatlandırma mərasiminin paytaxtımızda keçirilməsi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunub. Avtomobil idmanı sahəsində belə miqyaslı beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparıb. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.

 

Heydər Əliyev Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tədbirlərinin əsas məkanlarından biridir. FIA Baş Assambleyasının yekun iclası dekabrın 8-də, 2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempionatların qalib avtomobillərinin sərgisi isə dekabrın 6-da məhz Heydər Əliyev Mərkəzində təşkil ediləcək.

 

Heydər Əliyev Mərkəzinin foyesində isə bu günlər Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə cəlbedici xarici görünüşü, öz dövrünün unikal texniki göstəriciləri ilə fərqlənən klassik və idman avtomobilləri sərgilənir. Bunlar “Lamborghini Hurracan Sterrato”, “Legends Car” (Ford Coupe 34), “Ferrari SF90 Stradale”, “The Model T Ford Snowmobile”, “Auburn Speedster 866”, “Cadillac Model M”, “Packard 645 Dual Cowl Phaeton” avtomobilləridir.

 

Dekabrın 8-də isə Bakı Konqres Mərkəzində FIA Mükakatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək və bu mərasimdə avtomobil idmanı sahəsində müxtəlif nominasiyalarda mükafatlar təqdim ediləcək.



















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.