“Valideynlər arasında olan konflikt ailədə uşaqlara da birbaşa təsir edir, onlarda travma yaradır. Ona görə də ailədə baş verən zorakılıq cəmiyyətdə özünü büruzə verir”.
Senzor.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Nazir qeyd edib ki, məktəblərin təhlükəsizliyi baxımından Elm və Təhsil Nazirliyinin ən uğurlu layihəsi “Məktəblinin dostu”dur:
“Bu layihənin əhatə dairəsi genişləndirilir. Çünki məktəblərdə xoşagəlməz hallardan sığortalanmamışıq”.