Dövlət Komitəsinin sədri Almaniya səfirini Böyük Qayıdışla bağlı məlumatlandırıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla görüşüb və diplomatı Böyük Qayıdış proqramı barədə məlumatlandırıb.


Senzor.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən bildirilib.


Qeyd olunub ki, Dövlət Komitəsinin sədri Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində aparılan işlər, məcburi köçkünlərin doğma yurda geri qayıdışının ilkin nəticələri, həmçinin komitənin fəaliyyət istiqamətləri barədə səfiri məlumatlandırıb.


Bildirilib ki, Prezident İlham Əliyevin göstərişlərinə müvafiq olaraq, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, yenidən qurulması, dirçəldilməsi, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdışının səmərəli təşkili istiqamətində müntəzəm qaydada işlər davam etdirilir, Böyük Qayıdışın uğurla icra edilməsi üçün zəruri tədbirlər həyata keçirir. Vurğulanıb ki, qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğı göstərilməsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində aparıcı xəttdir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) ölkəmizdə ötən illərdə məcburi köçkünlərlə bağlı uğurlu fəaliyyətinin Böyük Qayıdış dövründə də davam etdirəcəyinə inam ifadə olunub.


Səfir Ralf Horlemann səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edərək, qaçqın və məcburi köçkün probleminin Almaniya üçün də yad olmadığını diqqətə çatdırıb. Bildirilib ki, ötən əsrdə Almaniya Şərqi və Qərbi Almaniya olmaqla 2 hissəyə ayrılmış, qaçqın və məcburi köçkün problemi yaranmışdı. Ölkə yenidən birləşdirildikdən sonra əhalinin məşğulluğu, reinteqrasiyası uzun müddət çəkdi. Bu səbəbdən biz çox yaxşı başa düşürük ki, siz necə bir çətinliklə üz-üzəsiniz. Səfir qeyd edib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışında nəzərəçarpacaq irəliləyiş var. Almaniya Azərbaycana minatəmizləmə və məcburi köçkünlərin geri qayıdışı sahəsində dəstəyini davam etdirəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.