Dənizə çıxışı olmayan ölkələr (LLDC), o cümlədən Ermənistanda vəziyyət kommunikasiya və logistika çatışmazlığı, qonşu ölkələrdən tranzitdən asılılıq səbəbindən mürəkkəbdir.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O qeyd edib ki, belə ölkələrdə regional şəbəkələrlə kifayət qədər inkişaf etməmiş əlaqələr ərzaq və yanacağın qiymətlərində əhəmiyyətli artımlara səbəb olur.
"Vəziyyətə qlobal böhran, o cümlədən COVID-19 pandemiyası və geosiyasi çağırışlar da mənfi təsir göstərib. Beləliklə, LLDC ölkələri üçün tranzit daşımaların dəyəri yüksək olaraq qalır".