Ermənistan və Yunanıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu barədə Yunanıstan müdafiə naziri Nikos Dendias “X” platformasında yazıb.
Nazir qeyd edib ki, erməni həmkarı Suren Papikyanla görüş zamanı tərəflər sazişi imzalayıb.
Dendias onu da əlavə edib ki, hərbi-texniki sahədə əməkdaşlıq Yunanıstan hökuməti üçün prioritet olan bir sektordur.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Kiprdən sonra Yunanıstana rəsmi səfərə gedib.