Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsində yanındadır.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, ölkəsi Azərbaycanın keçirdiyi antiterror əməliyyatı və gün bütün Qarabağda şanlı Azərbaycan bayrağının dalğalanmasından böyük məmnunluq hissi duyur:
“Strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq”.