Ağstafa-Bakı sərnişin qatarında hərəkət bərpa olunub.
Bu barədə “Report”a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Qeyd edilib ki, qatarın yolda qalmasına səbəb ərazidə elektrik enerjisi təchizatında problem olmasıdır. Hadisə ilə əlaqədar olaraq ADY əməkdaşları sərnişinlərə tələbatlarına uyğun olaraq isti və soyuq içkilər, şirniyyat və müxtəlif qidalar paylayıblar.
**20:55
Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb.
"Report"un məlumatına görə, Ağstafa-Bakı sürət qatarı Goran stansiyasında yaranmış nasazlıq səbəbindən yolda qalıb.
Qatar artıq saat yarımdır yubanır.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib ki, qatarın yolda qalmasına səbəb ərazidə elektrik enerjisi təchizatında problem olmasıdır. Hadisə ilə əlaqədar olaraq ADY əməkdaşları sərnişinlərə tələbatlarına uyğun olaraq isti və soyuq içkilər, şirniyyət və müxtəlif qidalar paylayıblar.