Ukraynanın zərbəsi nəticəsində qondarma "LXR"in "naziri" həlak olub

Ukraynanın Lisiçanska endirdiyi zərbə nəticəsində qondarma "Luqansk Xalq Respublikası" nın fövqəladə hallar naziri həlak olub.


Yerli KİV xəbər verir ki, Ukrayna silahlı qüvvələrinin fevralın 3-də Lisiçanskı raket atəşinə tutması nəticəsində "LXR"-in "fövqəladə hallar naziri" Aleksey Poteleşenko ölüb.


Poteleşenkonun ötən ilin sentyabrından "respublika"nın FHN-nə rəhbərlik etdiyi bildirilib.


Qeyd edək ki, Rusiya tərəfi Ukraynanın fevralın 3-də HIMARS reaktiv raketləri ilə Luqanskın Lisiçansk şəhərində yerləşən çörək zavoduna hücum etməsi barədə məlumat yayıb. Bildirilib ki, raket hücumu nəticəsində biri uşaq olmaqla 28 nəfər həyatını itirib.


Ukrayna tərəfi isə çörək zavodunu deyil, qondarma rejimin FHN rəhbəri, 2014-cü ildə separatçılar tərəfə keçmiş Aleksey Poteleşenkonun olduğu restoranı vurduqlarını açıqlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.