Gürcüstan parlamenti yeni hökumətə etimad göstərilməsi proseduruna başlayıb

Gürcüstan parlamentində yeni hökumətə etimad göstərilməsi prosedurlarına başlanılıb.


AZƏRTAC xəbər verir ki, parlamentin dörd komitəsinin birgə iclasında səhiyyə, daxili işlər, təhsil və elm nazirlərinin vəzifələrini icra edən namizədlər dinlənilib. Onlar öz sahələrində həyata keçirilən islahatlar, hazırlanan proqram layihələri barədə çıxış ediblər.


Müzakirələr zamanı müxalifətdən olan bir sıra deputatların qıcıq yaradan sualları etirazlara səbəb olub. Bəzi müxalifət deputatları zaldan çıxarılıb.


Qeyd edək ki, yeni hökumət üzvləri və hökumətin dörd illik fəaliyyət planı parlamentin komitələrində, fraksiya və siyasi qruplarında müzakirə edildikdən sonra plenar sessiyaya çıxarılacaq. Hakim “Gürcü Arzusu” partiyasının Baş nazir postuna namizədi İrakli Kobaxidze hökumətin proqramını cümə axşamı günü deputatlara təqdim edəcək və daha sonra etimad səsverməsi keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.